Separatçıların lideri Putinə məktub YAZDIbackend

Separatçıların lideri Putinə məktub YAZDI

Qarabağ separatçılarının lideri Arayik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə qondarma qurumun Antiböhran Şurasının sədri Tiqran Petrosyan bildirib.

O, məktubun təfərrüatları barədə heç bir şey deməyib.

“Xalqın mütləq əksəriyyəti Ermənistan Respublikasının rəhbərinə deyil, Rusiya Prezidenti Putinin ermənilərin təhlükəsiz yaşayacaqlarına dair sözlərinə inanırdı. Bu gün biz yaşamırıq, amma varıq. Susmağımız ölkənin, xalqın vəziyyətini günü-gündən ağırlaşdırır, bizi dərdləri ilə baş-başa qoyurlar.

Düşünürəm ki, sabah Rusiyadan real addımlar görməsək, susmaq ölümə bərabər olacaq. Sabaha qədər səbirli olacayıq, sonra övladlarımız üçün vulkan kimi partlamalıyıq”, – deyə Tiqran Petrosyan yazıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*