Ermənistan mətbuatının məlumatına görə, Qarabağdakı separatçı rejimin üç sabiq başçısı Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan oktyabrın 1-də Ermənistana gəliblər.
KONKRET.az xəbər verir ki, qeyri-qanuni rejimin sonuncu rəhbəri Samvel Şahramanyan isə ölən və itkin düşənlərin qalıqlarının tapılması üçün axtarış-xilasetmə işləri başa çatana qədər Qarabağda qalacaq.