“Seperatçıların hüquqları beynəlxalq konvensiyalara əsasən qorunur” – Baş prokurorbackend

“Seperatçıların hüquqları beynəlxalq konvensiyalara əsasən qorunur” - Baş prokuror

Baş prokuror Kamran Əliyev erməni separatçıların istintaq prosesindən danışıb.

KONKRET.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında erməni separatçıların əvvəllər Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərdiyini xatırladıb.

“Onlar qanunsuz hərəkətləri Ermənistana tabe olmaqla törədib, separatçılıqla məşğul olublar. Bütün bunlarla bağlı hərtərəfli istintaq tədbirləri həyata keçirilir. Hazırda görüləsi işlər çoxdur. Azərbaycan Respublikasının qoşulduğu bütün beynəlxalq konvensiyaların tələbinə və milli qanunvericiliyə uyğun olaraq bütün istintaq hərəkətləri aparılır. Cinayət işi yekunlaşdıqdan sonra bütün ittihamlar məhkəməyə göndəriləcək və bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*