Serbiya da BRİKS-ə can atırbackend

Serbiya da BRİKS-ə can atır

“Bir çox ölkələr, o cümlədən Serbiya BRİKS-ə maraq göstərir, çünki bu format qarşılıqlı hörmətə əsaslanır və bütün iştirakçıların maraqlarını nəzərə alır. Eyni zamanda, Avropa Birliyi Belqradın heç də həmişə bəyənmədiyi şərtləri daim irəli sürür”.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, Serbiyanın baş nazirinin müavini Aleksandr Vulinin BRİKS-i  Avropa İttifaqına  real alternativ görməsini belə şərh edib:

“Serbiya  Aİ ilə əməkdaşlıq prosesinə həmişə yüksək dəyər verirlər. Aİ isə onlara şərtlər irəli sürürlər. BRİKS isə əksinə heç kimə heç bir şərt qoymur. Bu, qarşılıqlı hörmətə və bir-birinin maraqlarına cavab verməyə hazırlığa əsaslanan qarşılıqlı fəaliyyət formatıdır. Ona görə də bu assosiasiya bir sıra ölkələr üçün çox cəlbedicidir. Ancaq yenə də serb dostlarımızın üzləşməli olduğu təzyiqi başa düşürük. Biz əminik ki, Serbiya xalqının maraqlarına  cavab verən qərarlar verəcək”, – deyə Peskov bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*