Sərgən Yalçının yeni klubu müəyyənləşib.
KONKRET.az xəbər verir ki, 51 yaşlı mütəxəssis Türkiyə Superliqa təmsilçisi “Antalyaspor”un baş məşqçisi təyin edilib. Klubun vitse-prezidenti Alkan Evren açıqlamasında Sərgən Yalçınla bu mövsümün sonuna qədər anlaşdıqlarını deyib.
O, yeni komandasında ilk məşqə yanvarın 2-də çıxacaq.
Qeyd edək ki, Sərgən Yalçın son olaraq 2020-21 mövsümündə “Beşiktaş”ı çalışdırıb. O vaxtdan işsiz olan mütəxəssis bu yay “Neftçi”nin baş məşqçi vəzifəsinə də namizədlərdən olub.