Sərgən Yalçın “Antalyaspor”un baş məşqçisi təyin edildibackend

Sərgən Yalçın “Antalyaspor”un baş məşqçisi təyin edildi

Sərgən Yalçının yeni klubu müəyyənləşib. 

KONKRET.az xəbər verir ki, 51 yaşlı mütəxəssis Türkiyə Superliqa təmsilçisi “Antalyaspor”un baş məşqçisi təyin edilib. Klubun vitse-prezidenti Alkan Evren açıqlamasında Sərgən Yalçınla bu mövsümün sonuna qədər anlaşdıqlarını deyib.

O, yeni komandasında ilk məşqə yanvarın 2-də çıxacaq.

Qeyd edək ki, Sərgən Yalçın son olaraq 2020-21 mövsümündə “Beşiktaş”ı çalışdırıb. O vaxtdan işsiz olan mütəxəssis bu yay “Neftçi”nin baş məşqçi vəzifəsinə də namizədlərdən olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*