Sergen Yalçın yenidən “Beşiktaş”ın baş məşqçisi olacaqbackend

Sergen Yalçın yenidən "Beşiktaş"ın baş məşqçisi olacaq

Sergen Yalçın yenidən Türkiyənin “Beşiktaş” komandasının baş məşqçisi olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə yerli “Sözcü” nəşri məlumat yayıb.

“Ağ-qaralar”ın yeni prezidenti seçilən Serdar Adalı 52 yaşlı mütəxəssislə anlaşıb. S.Yalçınla 3,5 illik müqavilənin imzalanacağı gözlənilir. O, bu postda niderlandlı Covanni van Bronkhorstu əvəzləyəcək.

Qeyd edək ki, 2020-ci ilin yanvarından 2021-ci ilin dekabrınadək “Beşiktaş”ın baş məşqçisi olan Sergen Yalçın komanda ilə Türkiyə Superliqasını və ölkə kubokunu qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*