“ABŞ prezidenti Co Baydenin nüvə silahlarına nəzarətin müzakirəsinin heç bir ilkin şərt olmadan aparılmsı barədə bəyanatı beynəlxalq aləmi çaşdırmaq cəhdindən başqa bir şey deyil”.
KONKRET.az aif.ru-ya isitinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazli Sergey Lavrov deyib: “Strateji sabitlik, ilkin şərt olmadan nüvə silahlarına nəzarət sadəcə siyasi manipulyasiyadır.”İlkin şərtlər olmadan” nə deməkdir? Bu o deməkdir ki, amerikalılar öz doktrinal sənədlərində bizi düşmən elan etmək, döyüş meydanında Rusiyanı məğlub etmək və bunu rəsmən bəyan etməkdir”, – deyə nazir bildirib. Lavrovun sözlərinə görə, Amerika liderinin bəyanatlarına əsaslanaraq, Moskva ABŞ-ın hazırkı siyasətindən imtina tələb etmədən bu şərtləri qəbul etməli və Vaşinqtonla silahların azaldılması ilə bağlı razılığa gəlməlidir. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, bu cür danışıqlar qarşılıqlı hörmət əsasında aparılmalıdır.
Vəli Həsənoğlu,
KONKRET.az