Sergey Lavrov: ”Qərb özünü elə aparır ki, sanki Ukraynasız yaşaya bilməz”backend

Sergey Lavrov: ”Qərb özünü elə aparır ki, sanki Ukraynasız yaşaya bilməz”

Fransa Ukraynadakı vəziyyəti Kiyevin iştirakı olmadan müzakirə etmək üçün dəfələrlə  Rusiya ilə əlaqə saxlamağa cəhd edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və xarici KİV-ə müsahibəsində deyib: “Fransalı həmkarlarımızın müxtəlif məsələlərdə fəal rol oynamaq arzusu var və biz bunu alqışlayırıq. Lakin onların səmimiyyətinə inanmaq olmur.  Məsələn, bir neçə dəfə fransalı həmkarlarımızdan qapalı kanallar vasitəsilə xahişlər almışıq. Onlar Ukrayna məsələsində dialoq qurmaq istədiklərini bildirblər. Yeri gəlmişkən, heç bir qüvvə bizə Ukrayna məsələsində güzəşt təklif edə bilməz. Qərb isə özünü elə aparır ki, sanki Ukraynasız yaşaya bilməz”,-deyə Lavrov bildirib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*