Sergey Lavrov: “Rusiya ərazisinə dərin zərbələr endirmək odla oynamaqdır”backend

Sergey Lavrov: “Rusiya ərazisinə dərin zərbələr endirmək odla oynamaqdır”

Ukrayna silahlı qüvvələrinin Qərb silahları ilə Rusiyanın dərinliklərinə endirəcəyi  zərbələr  təhlükəli nəticələrə səbəb ola bilər.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerikanın “Newsweek” jurnalına müsahibəsində deyib:

“Ukrayna silahlı qüvvələrinə Qərbin uzaqmənzilli raketləri ilə Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün icazənin verilməsi müzakirə olunur. Bu, odla oynamaq kimi bir şeydir, təhlükəli nəticələrə səbəb ola bilər. Prezident Vladimir Putinin dediyi kimi, biz Qərbdən gələn təhdidləri anlayaraq müvafiq qərarlar qəbul edəcəyik. Nəticələri sizin ixtiyarınıza buraxıram”, – deyə  diplomat əlavə edib.

Ukrayna prezidenti Vladimir Zelenski uzun müddətdir ki, Qərbin verdiyi silahlarla Rusiyaynın dərinliklərinə  zərbələr endirmək üçün razılıq almağa çalışsa da, hələlik nəticə yoxdur.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*