“Rusiya Dağlıq Qarabağın Türkiyə üçün İdlib olmadığını bildirdi. Çünki Qarabağ sülhməramlı modeli İdlib modelindən kökündən fərqlənir. Çünki Suriyada həm Rusiya, həm də Türkiyə fərqli döyüşən tərəflərin yanındadır. Türkiyə İdlibdə Əsədə qarşı olan islamçı müxalifətin, Rusiya isə Əsəd və Şamın tərəfindədir. Beləliklə, birlikdə patrul xidməti edirlər”.
KONKRET.az xəbər verir ki, bu fikirləri politoloq Sergey Markov “Exo Moskva”nın efirindən səsləndirib. O həmçinin, qeyd edib ki, Putin və Ərdoğan çətin bir oyun oynayırlar. Hər ikisi də ölkələri üçün üstünlük qazanmaq istəyir və bu səbəbdən şiddətli bir şəkildə mübahisə edirlər. Eyni zamanda, Rusiya ilə Türkiyənin mümkün siyasi birliyinə nail olmaq istəyirlər. Hansı ki, baş tutacaq bu birlik ABŞ, AB və NATO-ya qarşı olacaq. Buna nail olmaq Putin üçün böyük bir vəzifədir. Bunu edərsə, Rusiya ilə Türkiyə arasındakı yeni ittifaq yaranar. Bu isə Avropa və Avrasiyanın geopolitikasını dəyişdirə bilər. Ona görə də Türkiyəyə deyirəm; Putinin sizə dediklərini eşidin!”
Markov əlavə edib ki, “Türkiyə ilə danışıqlar həmişə çətindir. Ancaq nəticələr hər zaman uğurlu olub. Ona görə də Dağlıq Qarabağda ruslar və türklər bir-birinə rəqib kimi deyil, gələcəyin strateji müttəfiqi kimi baxmalıdırlar”
Surxay Atakişiyev,
KONKRET.az