Sərgi Azərbaycan dilindəki posterə görə ləğv edildibackend

Sərgi Azərbaycan dilindəki posterə görə ləğv edildi

Təbriz Azad Universitetində “Uşaq evliliyi” mövzusuna həsr edilən foto-sərgi ləğv edilib.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Təbriz Azad Universitetinin Müstəqil Tələbələr Təşkilatı öz sosial media hesabında paylaşım edib.

Məlumata görə, 22-23 fevral tarixlərində Təbriz Azad Universitetində keçirilməsi planlaşdırılan sərgi cəmiyyətin sosial və humanitar problemlərindən biri haqqında maarifləndirmək məqsədi ilə hazırlanıb. Ancaq sərginin posterindəki təsvirə və mətnində Azərbaycan türkcəsindən istifadə olunmasına görə Müşahidə Şurasının etirazı proqramın ləğvinə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*