Sərhəddə 79 kiloqramdan artıq psixotrop maddə aşkarlandı – FOTObackend

Sərhəddə 79 kiloqramdan artıq psixotrop maddə aşkarlandı – FOTO

Psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər tərəfindən daha bir uğurlu əməliyyat həyata keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına plastik məmulatlar aparan 25-LS-673 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində risk meyarı əsasında gömrük baxışı həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş 2688 ədəd plastik şotkaların boruşəkilli tutacaqlarında xüsusi üsulla gizlədilmiş, ümumi çəkisi 79 kq 100 qram olan kristal halında psixotrop maddə – metamfetamin aşkar edilib.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinə (Qaçaqmalçılıq) uyğun olaraq cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*