Sərhəddə ATIŞMA xəbəri yayıldı, separatçıları “təmizləmə” başlanırbackend

Sərhəddə ATIŞMA xəbəri yayıldı, separatçıları "təmizləmə" başlanır

Ermənistan Müdafiə Nazirliyi təxribat xarakterli bəyanat yayıb.

KONKRET.az xəbər verir ki, guya Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Vardenis rayonunun həmsərhəd olan Kutakan və Tretuk kəndlərində yerləşən erməni mövqelərini minaatanlardan da istifadə etməklə müxtəlif çaplı tüfənglərdən atəşə tutub.

Separatçıların başçısı Araik Arutyunyan müsahibə verib. Baş separatçı yenə də eyni xarakterlə – terrorçu xisləti ilə çıxış edib. O, heç bir halda Azərbaycanın təkliflərini qəbul etməyəcəklərini bildirib.

Baş separatçının bu müsahibəsi açıq-aşkar terrora çağırış, Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazi bütövlüyünə qəsddir. Üstəlik, Araikin açıqlamasından bəlli olur ki, separatçılar Qarabağdakı erməniləri də girov saxlayırlar. Onlar sadə ermənilərdən terrorçu məqsədləri üçün yararlanırlar.

Belə məqamda artıq Azərbaycanın çıxış yolu qalmır: antiterror əməliyyatına başlamaqdan savayı. Çünki bu terrorçular məqsədlərini açıq şəkildə bildirir, silahlı mübarizə aparacaqlarını deyirlər. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri gedir, məcburi köçkünlər öz yurd-yuvalarına qayıdırlar.

Terrorçuların belə davranışı həm quruculuq işlərinə, həm də yurd-yuvasına qayıdan insanlara böyük təhlükə yaradır.

Ona görə də, Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün separatçı-terrorçuları zərərsizləşdirməlidir. Deməli, antiterror əməliyyatı qaçılmazdır.

  • Azeri
    Avqust 9, 2023 - 09:49

    30 illik ishgaldan sonra, her hansi bir bashqa dovlet ermenilere uzagi 3 ay vaxt vererdi. Azerbaycan ise 3 il onlarin nazi ile oynadi. Bu hesheratlar oz xisletlerinden el chekmek istemirler. Yashi, bes onda biz neyi gozleyirik? Bu menfur ermeni tayfasina qarshi heddinden artiq humanistlik etmirik ki? Azerbaycani daxilde olan dushmen ermenilerden temizlemek lazimdir ki, hech olmasa, serhedlerimizde nu eclaflarla mubarizeye gucumuzu yonelde bilek. Bu ishde haqq bizim terefimizdedir, buna gore de, bir-iki daim huren itlerden bashqa, hech bir dovlet etiraz-filan bildirmeyecek. Butun Azerbaycan da, bu haqq ishde dovletimizi ve onun rehberliyini her zaman oldugu kimi destekleyecek. Artiq vaxtdir, nece deyerler, qaradan o yana reng olmur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*