Sərhəddə fövqəladə addım: Putin “bufer zona” əmrini verdibackend

Sərhəddə fövqəladə addım: Putin “bufer zona” əmrini verdi

Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi müşavirədə bir sıra mühüm məsələlərə toxunub.

KONKRET.az xəbər verir ki, Prezident Ukrayna ilə sərhəddə təhlükəsizlik məqsədilə “bufer zona”nın yaradılması barədə qərar qəbul edildiyini açıqlayıb. Dövlət başçısı bildirib ki, hazırda Rusiya Silahlı Qüvvələri bu istiqamətdə konkret əməliyyatlar həyata keçirir.

Putin Ukrayna Silahlı Qüvvələrinin və xarici muzdlu döyüşçülərin istifadə etdiyi metodları “terrorçu” adlandırıb və bu taktikaların mülki əhalini hədəfə aldığını vurğulayıb. Prezidentin sözlərinə görə, xüsusilə Kursk vilayəti və digər sərhədyanı bölgələrdə yaşayan əhali əlavə dəstəyə ehtiyac duyur.

Rusiya lideri hökumətə bu ərazilərdə dağılmış evlərin və sosial obyektlərin bərpası, sakinlərə kompensasiya ödənişlərinin təmin olunması və onların doğma kəndlərinə qaytarılması məsələlərinə xüsusi diqqət yetirməyi tapşırıb. O bildirib ki, düşmən bu ərazilərdə hərbi əhəmiyyət daşımayan mülki obyektləri hədəfə alır, bu isə qəti şəkildə qəbuledilməzdir.

Prezident Putinin sözlərinə görə, yaxın vaxtlarda sərhədyanı ərazilərin bərpası ilə bağlı xüsusi müşavirə keçiriləcək və bu sahədə bütün zəruri tədbirlər görüləcək.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*