Sərhədimizi keçən İran vətəndaşları saxlanıldıbackend

Sərhədimizi keçən İran vətəndaşları saxlanıldı

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisindən Azərbaycana keçən İran vətəndaşları saxlanılıb. 

Bu barədə KONKRET.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, dağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İrandan Azərbaycana keçən İran vətəndaşları – 2002-ci il təvəllüdlü Sadeq Necat Muhammed Reza Ruhullah və 2000-ci il təvəllüdlü Sadeq Necat Əmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılıb

Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydada qarşı tərəfə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*