“Sərhədlərimizin açılmasından ehtiyat etdiyimiz səbəblər var” – Sarkisyanbackend

"Sərhədlərimizin açılmasından ehtiyat etdiyimiz səbəblər var" - Sarkisyan

“Bu gün hamı Ermənistan – Azərbaycan, Ermənistan – Türkiyə sərhədlərinin açılmasından danışır.

Birincisi, sərhədləri açmaq asandır. Amma Türkiyə və Azərbaycan bu keçidləri istənilən vaxt bağlaya bilər. Və başqa alternativimiz yoxdur. Ona görə də türklərin xoş niyyətinə etibar etməliyik.

İkincisi, iqtisadi baxımdan bu gün Ermənistan Türkiyə iqtisadiyyatı ilə rəqabət edə bilməz. Bu, kiçik və orta sahibkarlarımızın bu ucuz, keyfiyyətsiz türk malları axınında “boğulacağı” ilə bağlı narahatlıqları artırır. Bizim imkanlarımız Türkiyə ilə müqayisə edilə bilməz.

Üçüncüsü, bu kommunikasiyaların açılması ilə əlaqədar olaraq ciddi geosiyasi dəyişikliklər baş verəcək. 1998-ci ildə qrupum Avropa yüklərini Ukrayna, Rusiya, Abxaziya və Gürcüstan, Ermənistan, Naxçıvan və İran üzərindən Fars körfəzinə daşıyacaq bir dəmir yolu layihəsi üzərində işləyirdilər. Bu layihə Çin də daxil olmaqla bütün tərəfdaşların böyük marağına səbəb oldu. Çünki Tehran vasitəsilə yüklər Aşqabada, oradan da Çinə gedə bilərdi. İngiltərə xaricində hamı üçün sərfəli idi. İngilis səfiri mənimlə görüşdə bu yolun Rusiyadan deyil, İstanbuldan keçəcəyinə razı olub-olmadığımızı soruşdu. Rusiya Federasiyasından keçən dəmir yolu paralel fəaliyyət göstərsə, bununla razılaşacağımızı dedim. Bu zaman proqram dayandırıldı. İndi bu, həmin proqramın kəsilmiş hissəsidir. Bunun Ermənistana və gələcəkdə Rusiyaya da heç bir faydası olmayacaq”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Moskovskiy komsomolets”ə müsahibəsində  Ermənistan Demokratik Partiyasının sədri Aram Sarkisyan söyləyib.

Partiya sədri əlavə edib ki, “Əliyev nəqliyyat dəhlizlərinin blokdan çıxarılmasının Ermənistan üçün də faydalı olduğunu israr edir. Bu, belədir. Nəzərə alaq ki, Türkiyənin Qarabağdakı münaqişə başladıqdan sonra Ermənistanı blokadaya salandan bəri 30 ildir ki, Ermənistanın Gümrü şəhərini Qarsla birləşdirən dəmir yolu bağlıdır. Bilirsiniz ki, Gümrüdən dəmir yolu ilə Naxçıvan sərhədinə gedirik, Oradan keçib yenidən Ermənistan ərazisinə yola çıxırıq, bura Sünik (Zəngəzur) bölgəsidir. Sonra Meqri (Mehri) şəhəri vasitəsi ilə qatarlar Azərbaycana çata bilər (bu, “Mehri dəhlizi” adlanır). Ermənistan eyni şəkildə Azərbaycandan Rusiyaya gedə bilər. Amma burda başqa maraqlar da var. Unutmayaq ki, Türkiyə bütün vasitələrlə Türk dünyasının qlobal birləşmə proqramını təbliğ edir”

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*