Sərhədsiz Reportyorlardan Kəlbəcərdəki hadisəyə REAKSİYAbackend

Sərhədsiz Reportyorlardan Kəlbəcərdəki hadisəyə REAKSİYA

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) bu gün Kəlbəcərdə minaya düşərək həlak olan Azərbaycan media nümayəndələrinin ölümünə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə beynəlxalq qeyri-hökumət təşkilatı “Twitter”də qeyd edib.

“Bu gün səhər iki azərbaycanlı jurnalist – AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov Dağlıq Qarabağda tank əleyhinə mina partlayışında həlak olublar. Onlar azad olunmuş Susuzluq kəndindən reportaj hazırlamaq üçün göndərilmişdi.

Bu, keçən ilin payızında Ermənistan və Azərbaycan arasında baş verən döyüşlərdən bəri Dağlıq Qarabağda ilk jurnalist ölümüdür. Sərhədsiz reportyorlar bu dəhşətli xəbərdən kədərləndiyini ifadə edir və hər iki tərəfin səlahiyyətli nümayəndələrini bu ərazidə jurnalistləri qorumağa çağırır”, – deyə təşkilat bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*