Baş DYP İdarəsi sərnişindaşıma ilə məşğul olan şəxslərə müraciət edib.
KONKRET.az xəbər verir ki, müraciətdə deyilir:
“Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş olunur ki, qarlı hava şəraiti nəzərə alınaraq, avtomobillərinin qış tələblərinə uyğun hazırlandığına əmin olsunlar.
Qış təkərlərinin, əyləc sisteminin, işıqlandırmanın və digər təhlükəsizlik avadanlıqlarının vəziyyətini yoxladıqdan sonra hərəkətə başlasınlar. Eyni zamanda sərnişinlərin təhlükəsizliyi üçün daha təhlükəsiz marşrutlardan istifadə etsinlər”.