Sərnişin qayığı batıb, 25 nəfər ölübbackend

Sərnişin qayığı batıb, 25 nəfər ölüb

Nigeriyanın Niger ştatında yerləşən çayda sərnişin daşıyan qayığın batması nəticəsində 25 nəfər həyatını itirib.

KONKRET.az xəbər verir ki, yerli mətbuatda yer alan məlumatlara görə, Niger ştatının Munya bölgəsindən bazara yollanan sərnişinlərin mindiyi qayıq Şiroro bölgəsində batıb.

Hadisə zamanı ilkin məlumatlara əsasən 25 nəfər həyatını itirib, onlarla insan itkin düşüb.

Rəsmi şəxslər bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini, ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər.

Qeyd edək ki, Nigeriyada yağış mövsümündə çay və göllərdə tez-tez qayıq faciələri baş verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*