Sərnişinlərin NƏZƏRİNƏ: Avtobus pulunu həm “Bakı kart”la, həm də bu üsulla ödəyə biləcəksinizbackend

Sərnişinlərin NƏZƏRİNƏ: Avtobus pulunu həm "Bakı kart"la, həm də bu üsulla ödəyə biləcəksiniz

“Bakı şəhərində ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin əsas problemlərindən biri də ödəniş imkanlarının məhdud olmasıdır. Ödəniş sistemlərində daha geniş və çevik variantların təqdim olunması vacibdir.

Hazırda “BakıKart” sisteminə əsaslanan nəqliyyat ödənişləri müəyyən çərçivədədir. Bu kart vasitəsilə həm adi, həm də şüar tipli biletlərlə ödəniş mümkündür. Eyni zamanda, kartların balansının onlayn doldurulması üçün müxtəlif imkanlar var. Məsələn, “BakıKart” mobil tətbiqi və bir sıra bankların, o cümlədən “BirBank” tətbiqinin funksiyaları ilə balans artırıla bilir”.

Bu fikirləri nəqliyyat eksperti Rauf Ağamirzəyev KONKRET.az-a açıqlamasında səsləndirib.

İctimai nəqliyyatın fəaliyyəti qənaətbaxş deyil -

“Bununla yanaşı, sərnişinlərin uzun müddətdir gözlədiyi və bir neçə dəfə rəsmi dairələr tərəfindən də vəd edilən bank kartları ilə birbaşa ödəniş hələ də reallaşmayıb”

Ekspertin fikrincə, bu cür ödəniş formalarının yəni, həm bank kartı ilə fiziki ödənişin, həm də Apple Pay və Google Pay kimi texnoloji həllərin tətbiqi, sərnişinlər üçün rahatlıq yaradacaq və mövcud çətinlikləri aradan qaldıracaq.

“Əgər sərnişin müəyyən səbəbdən BakıKartını doldura bilmirsə, onun qarşısında alternativ variantlar, A, B, C və D planları olmalıdır”.

“Şüar biletlə ödəniş deyiriksə, mümkündür ki, sərnişinin həmin anda internetə çıxışı olmasın. Belə halda bank kartı ilə fiziki ödənişin mümkün olması prosesin dayanmamasını təmin edər.”

Mütəxəssis hesab edir ki, nəqliyyat ödəniş sistemlərində innovativ və alternativ yolların yaradılması, sərnişin məmnuniyyətini artırmaqla yanaşı, nəqliyyat sektorunda rəqəmsallaşmanın inkişafına da töhfə verəcək.

Aynurə İsmayıl

KONKRET.az

  • Şükür Məmmədov
    İyun 21, 2025 - 00:15

    Mənə elə gəlir ki, pensiya kartları ilə nəqliyyatda ödəniş etmək lazımdır.

    • Allahin aciz qulu
      İyun 23, 2025 - 08:21

      Cox dogru

  • Allahin aciz qulu.
    İyun 23, 2025 - 08:20

    Salam.Evel cix yaxsi idi pul verib dusurdun.Gunde bir qanun cixir.Bezmisik uje bularin elinden.Kart yoxdusa dus ged.Xalqda cox pis olub uje rayondan gelen bilmeyib aftobusa minib karti olmadiqindaan dusurulub .Heckesde onun evezine odenis etmeyib.Pul versede bele.Ele bil bunlar analarinin betninden kartla cixiblar.Kartsizlari beyenmir,hetta Kartla odenis anlayisi olmadiqi ucun ona gulubler aftobusda ozune insan deyenler.Eksine aftobusa cixan insandi.Ona gulenler ise exlaqi,eqidesi bilinmeyen mexluqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*