Şərq əlbəyaxa döyüş növlərinin incəlikləri – Kəmərlər hansı kateqoriyalar üzrə verilir? – Araşdırmabackend

Şərq əlbəyaxa döyüş növlərinin incəlikləri - Kəmərlər hansı kateqoriyalar üzrə verilir? - Araşdırma

Şərq əlbəyaxa döyüç növlərində ustalıq və təcrübə kəmərlərin rəngi ilə müəyyən edilir. İdmançıların geyimini nizama salan kəmərlərin rəngləri, eyni zamanda ustalığın simvoludur. Bəs bu simvollar necə müəyyən edilir və kəmərlərin rəngi necə dəyişir. Məsələ bundadır ki, məşqlərə başlayan hər bir idmançı  kəmər taxmalıdır. Uzun müddətli məşqlərdən sonra isə kəmərlər rənglərini dəyişir. Bu kəmərlər ağır məşqlər nəticəsində kirdən, tərdən, qandan fərqli rəng alırlar.  Kəmər sistemi bu gün də motivasiyanı saxlamaq və tərəqqiyə nail olmaq  üçün istifadə olunur.

Ənənəvi karatedə rənglər nə deməkdir?

Rəng məşqin intensivliyini nümayiş etdirir və daha çox məşq səviyyənin artması deməkdir.  Bəzi döyüş sənətlərində hər rəngin özünün  xüsusi simvolu var. Məsələn, uşuda kəmərlərin rəngləri təbii  elementləri təmsil edir. Ağ kəmər metalı, sarı kəmər torpağı, qırmızı kəmər atəşi, yaşıl kəmər  ağacı, mavi kəmər isə suyu simvolizə edir. İlk beş kəmər “Panda” səviyyəsinə aiddir. Sonra daha yüksək bacarıq dərəcələri – “Qartal”, “Pələng” və “Əjdaha” gəlir.

Karatedə kəmər sistemi.

9-cu dan qara kəmər sahibi Hitoşi Kasuya Bakıda seminar keçir - İdman və Biz

Bu idman növündə ağ kəmər  dərhal verilir və idmançının mükəmməllik  yoluna qədəm qoymasını bildirir. Ağ həm də saflığın simvollaşdırır.

Sarı kəmər.

Azərbaycan Cüdo Federasiyası

Döyüş sənətinin əsas prinsiplərini mənimsədikdən sonra idmançıya verilən kəmərdir.  Sarı günəşin metaforasıdır, təhsilin sonrakı mərhələlərini keçmək ümidini təcəssüm etdirir.

Narıncı kəmər.

Azərbaycan Cüdo Federasiyası

Sarıdan sonra növbəti mərhələ hesab olunur. Narıncı rəng həm də  günəşin artan gücünü göstərir. Bacarıqların inkişafını əks etdirir.

Yaşıl kəmər.

Azərbaycan Cüdo Federasiyası

Ağacın kök salması kimi bünövrələrin köklənməsi deməkdir. Bu mərhələdə şagird artıq əsasları öyrənib və daha bacarıqlı döyüş üçün yeni üsullara yiyələnir. Yaşıl ara rəngdir, isti və soyuq rənglər arasındadır.

Qırmızı kəmər.

Cüdo üçün kəmər Adidas Elite Martial Arts qırmızı, uzunluq 280 sm - Qiymeti, Bakıda almaq. Satışı, icmal, rəylər

Bir döyüşçünün malik olduğu müxtəlif texnikaları nümayiş etdirir.

Mavi kəmər.

cüdo üçün kimono: Azərbaycan ᐈ İdman formaları ▷ 96 elan ➤ lalafo.az

Bu o deməkdir ki, idmançı çalışqanlığı ilə seçilir, şüuruna və döyüş texnikasına nəzarət edir.

Qəhvəyi kəmər.

Azərbaycan Cüdo Federasiyası

Rəng torpağın, gücün və sərtliyin simvoludur. Bu o deməkdir ki, karateçi güclü bədənə, aydın və parlaq düşüncəyə malikdir.

Qara kəmər.

Kinq-Boks üzrə "Qara kəmər" ustasından Prezidentə və DİN rəhbərinə ŞİKAYƏT...

İdmançının döyüş texnikasını uğurla mənimsədiyini və usta olduğunu təsdiqləyir. İndi o, digər döyüşçüləri yetişdirə və əldə etdiyi bilikləri paylaşa bilər. O, həm də hikmət və bilik nümunəsidir.

Kəmərlərin əldə edilməsi sistemi müxtəlif cürdür. Lakin mahiyyət eynidır.

Bunun üçün əvvəlcə ciu-citsu döyüş növündəki qiymətləndirməyə nəzər salaq.

Ağ kəmər.

Onlayn alış-verişin yeni ünvanı shopline.az

İdmançı məşqə başlayan kimi ona ağ kəmər verilir. Adətən ağdan boz kəmərə keçid 2-3 il çəkir. Başqa bir döyüş sənətində güclü hazırlığı olan şəxs ciu-citsu ilə məşğul olmağa başlasa belə, ona yenə də ağ kəmər verilir.

Boz kəmər.

Məşhur karate ustası seminar və qara kəmər imtahanı keçirib - gencexeber.az

Bu Braziliya ciu-citsunda birinci kateqoriyadır. 4-15 yaş arası uşaqlar boz kəmər qazana bilərlər. Bir uşaq sarı kəmər qazanmazdan əvvəl boz-qara kəməri də əldə edə bilər.

Sarı kəmər.

Sarı kəmərlər 7-15 yaş arasında qazanılır. Narıncı  kəmər əldə etməzdən əvvəl, sarı  kəmər sarı-qara kəmərə yüksəldilə bilər.

Narıncı kəmər.

10-15 yaşlı uşaqlar narıncı kəmər əldə edə bilər. İdmançı həmçinin yaşıl kəmər qazanmazdan   əvvəl narıncı-qara kəmərə yüksələ bilər.

Yaşıl kəmər.

Braziliya ciu-citsu kəmər sistemində sonuncu gənclər kəməridir. 13-15 yaşlarında qəbul edilir.

Mavi kəmər.

Bu kəməri 16 və daha yuxarı yaşda olan praktikantlara verilir. Döyüş növünün  əsaslarını bilmələrini tələb edən dərəcədir. Adətən bu səviyyəyə çatmaq üçün 2 ilə qədər vaxt keçir.

Bənövşəyi kəmər.

16 yaşından etibarən əldə etmək olar. Beynəlxalq  Ciu-Citsu Federasiyası praktikantlara bənövşəyi kəmərə yiyələnməzdən  əvvəl ən azı iki il mavi kəmər taxmağı tövsiyə edir.

Qəhvəyi kəmər.

Qəhvəyi kəmər qara kəmərdən əvvəlki son rəngli kəmərdir. Ağ kəmərdən qəhvəyi kəmərə keçmək üçün ən azı 5-6 il  ardıcıl məşq tələb olunur.

Qara kəmər.

Onu uzun illər ciu-citsu ilə məşğul olan və yüksək texniki bacarıqlara malik  şəxs əldə edə bilər. Qara kəmər yalnız 19 yaşına çatmış şəxslərə verilir. Qara kəmərdən sonra da idmançı  dərəcə ala bilər. Burada qara kəmər üzrə dərəcələr mövcuddur və idmançı  doqquzuncu dərəcəyə qədər imtahan verə bilər.

Qara kəmərdən sonra mərcan kəmərlər gəlir. Bunlara daha yüksək səviyyəli karateçilər layiq görülür.

Əgər idmançı 19 yaşında qara kəmər qazanırsa, onun əldə edə biləcəyi son titul 67 yaşında qazanacağı  doqquzuncu dərəcəli qırmızı kəmərdir. Braziliya ciu-citsusunda qırmızı kəmər sahiblərinə qrossmeyster titulu ilə müraciət edirlər. Qırmızı kəmər yalnız Braziliya Ciu-Citsunun qabaqcıllarına və Qreysi qardaşlarına verilib.

Kəmər sistemi zolaqlarla tamamlanır. Çox vaxt adi tibbi gips zolaqlar şəklində sarılır. Onlar tərəqqini izləməyə və motivasiyanı bir kəmər daxilində saxlamağa kömək edir. 4 zolaq yığıldıqda, bu, idmançının növbəti kəmərə keçməyə hazır olduğunu bildirir.

Kəmərlərin verilməsində qiymətləndirmə sistemləri mövcuddur. Bunu  qarışıq döyüş növləri üzrə beynəlxalq federasiya həyata keçirir. Bu qiymətləndirmə sistemində gənclər üçün altı əsas kəmər var. Bunlar  narıncı, yaşıl, mavi, bənövşəyi, qəhvəyi və qara kəmərlərdir. Hər bir kateqoriyada  növbəti birinə keçmək üçün ən azı bir il məşq edilməlidir. Federasiya uşaqların dərslərə 6-7 yaşından başlamasını təklif edir. Mütəxəssislər hesab edir ki, qarışıq döyüş növləri ilə məşğul olanların 95%-i peşəkar döyüşmür. Onların çoxu həvəskarlardır. Tanınmanın yeganə forması isə kəmərdir. Hər bir idmançıya  təhlükəsizlik baxımından kəmər lazımdır. Çünki eyni çəki kateqoriyasında tamamilə fərqli səviyyəli döyüşçülər ola bilər.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*