“Sərt”, “yumşaq“ və “ağıllı güc” –  Azərbaycan Xankəndi-Laçın yolunda bunların hansından istifadə edir?backend

Sərt”, “yumşaqağıllı güc” - Azərbaycan Xankəndi-Laçın yolunda bunların hansından istifadə edir?

Beynəlxalq münasibətlərdə ağıllı güc termini sərt güc və yumşaq güc strategiyalarının birləşməsinə aiddir. O, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi tərəfindən “güclü ordunun zəruriliyini vurğulayan, eyni zamanda öz təsirini genişləndirmək və hərəkətlərinin legitimliyini bərqərar etmək üçün bütün səviyyələrdə ittifaqlara, tərəfdaşlıqlara və institutlara böyük sərmayə qoyan yanaşma” kimi müəyyən edilir.

ABŞ-ın keçmiş prezidenti Klinton administrasiyası dövründə Müdafiə Nazirinin Beynəlxalq Təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi və ağıllı güc strategiyasına dair bir neçə kitabın müəllifi Cozef Naye təklif edir ki, bu gün xarici siyasətdə ən effektiv strategiyalar sərt və yumşaq güc resurslarının qarışığını tələb edir. Müəyyən bir vəziyyətdə yalnız sərt gücdən və ya yalnız yumşaq gücdən istifadə etmək adətən qeyri-adekvat olacaq.

Əvvəlcə, “sərt güc” və “yumşaq güc” terminlərinin qısa təriflərini qeyd edək. Bu iki anlayışın kombinayasından doğan ağıllı güc daha aydın şəkildə təsvir olunsun. “Yumşaq güc” cəlb etmək və birləşdirmək bacarığı, cazibə vasitəsilə başqalarının üstünlüklərini formalaşdırmaq bacarığıdır. Yumşaq gücün müəyyənedici xüsusiyyəti onun məcburedici olmamasıdır, yumşaq gücün valyutası mədəniyyət, siyasi dəyərlər və xarici siyasətdir.

“Sərt güc” digər siyasi qurumların davranışlarına və ya maraqlarına təsir etmək üçün təhlükəsizlik qüvvələrinin və iqtisadi vasitələrin istifadəsidir. Siyasi hakimiyyətin bu forması çox vaxt aqressiv məcburdur və bir siyasi orqan tərəfindən təhlükəsizlik qüvvələrinə və iqtisadi gücə malik digərinə tətbiq edildikdə dərhal təsirli olur.

Müasir dünyada ən effektiv strategiya “sərt” və “yumşaq “ güclərin birləşməsindən meydana gələn “ağıllı gücün” tətbiqi saymaq olar. Bəzi insanlar sərt gücün kifayət etdiyini, bəzi insanlar isə yumşaq gücün vacibliyini vurğulayaraq “ürəkləri və ağılları” birləşdirməyi təklif kimi dəyərləndrməyi hesab edirlər.

Azərbaycanın əzəli torpaqlarında Qarabağda separatçı rejim tərəfindən qızıl, mis-molibden yataqlarının qanunsuz şəkildə istismar edilməsi və Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı komandanlığının Azərbaycanın müvafiq qurumlarının mədənlərdə monitorinq aparmasına şərait yaratmadığına görə 40 günə yaxın müddət olacaq ki, Xankəndi -Laçın yolunda ekofəalların aksiyası davam edir. Hazırda Azərbaycan ağıllı güc nümayiş etdirir.

44 gün Vətən müharibəsi , “Fərrux dağı” , “Qisas” əməliyyatları və Ermənistanın 2022-ci ilin sentyabr ayında Azərbaycanla şərti sərhədində təxribatlarına cavab tədbirləri olaraq Azərbaycan Ordusu qarşı tərəfə sərt gücünü göstərdi. Bununla yanaşı kənar təhdidlərə qarşı yumşaq gücün təsir aləti xarici siyasət və diplomatik təmaslar qurularaq mövcud gerçəkliklər və proseslər nəzarətdə saxlanılır. Yumşaq güclə paralel sərt gücün tətbiqi ağıllı gücü formalaşdırır. Xankəndi- Laçın yolundakı aksiyanı məhz bu səbəbdən ağıllı güc adlandırmaq olar ki, nə tam sərt gücün, nə də tam yumşaq gücün əlamətləri bütövlükdə ifadə olunmur. Laçın dəhlizinin humanitar məqsədlər üçün fəaliyyətinə icazə verildiyinə baxmayaraq həm mina,həm sərvətlərin daşınması mütəmadi davam edirdi.

Azərbaycan dəfələrlə qanunsuzluqlara etiraz və xəbərdarlıq etməklə yanaşı, Rusiya sülhməramlılardan buna dair hüquqi izahat tələb edirdi. Hiyləgər və regionda qarışıq salaraq sülhə mane olmaq istəyən qüvvələr gözləyirdi ki, Azərbaycan mülki vətəndaşlara qarşı güc tətbiq edəcək,pusquda dayananlar dövlətlər isə etnik təmizləmə şousu yaradıb, bölgədə öz maraqlarını təmin etmək istəyirdilər. Azərbaycan isə gözləntilərin əksi olaraq başqa bir strateji addım atdı. Ermənistan humanitar fəlakət bağırsa da Azərbaycan tərəfi həmin yolda açıq kameralar qoyaraq bütün dünyaya sübut edir ki, humanitar məqsədlər üçün yol açıq, qanunsuz daşınmalara isə yol bağlıdır. Azərbaycanın haqlı tələbləri yerinə yetirilməyənə qədər aksiya davam edəcək.

Hər vəziyyətdə regionda yeni reallıq yaratmaq imkanlarına sahib olan Azərbaycan bütün növ gücləri tətbiq etmək iqtidarındadır.

Zamanın tələbi isə Ağıllı gücü müasir dünyada gedən proseslərə qarşı məharətlə realizə edə bilmək bacarığıdır.

Tural Əliyev, politoloq

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*