Şərurlu İsfəndiyar həbs edilir? – Qarşı tərəfin vəkili danışdıbackend

Şərurlu İsfəndiyar həbs edilir? – Qarşı tərəfin vəkili danışdı

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundov barəsində məhkəməyə müraciət edən (“Şərurlu İsfəndiyar”) “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovun vəkili Asim Abbasov bir sıra məqamları açıqlayıb.

KONKRET.az xəbər verir ki, pravda.az-a danışan A.Abbasov deyib ki, Şərurlu İsfəndiyarın təqsirləndirildiyi maddənin sanksiyasında həbs cəzası var.

Vəkil bildirib ki, qərarı məhkəmə verəcək: “Bəlkə, məhkəmə bəraət hökmü, yaxud ittihamedici hökm də çıxara bilər. Təbii ki, biz ittihamedici hökm gözləyirik. Hazırda əldə olan sübutlar və gedişat bunu göstərir. Yekunda nə olacağı ilə bağlı konkret nəsə deyə bilmərəm. İsfəndiyar Axundov özünü günahsız hiss edə bilər. Təqsirləndirilən şəxsdir və bu, onun hüququdur. Deməyəcək ki, bəli, etmişəm. Biz isə hesab edirik ki, onun əməlində konkret cinayət tərkibi var. Təsadüfi deyil ki, bu gün məhkəmə xüsusi ittiham işlərini hələ-hələ icraata götürmür. Birincisi, prosessual qaydalara uyğun olmalıdır, həm də ilkin sübutlar ən azından göstərilməlidir ki, həmin şəxsə qarşı ittiham irəli sürülsün. Bizim hazırladığımız şikayət və təqdim etdiyimiz sənədlər əsasında İsfəndiyar Axundov təqsirləndirilən şəxs olub. Hər nə qədər qarşı tərəf razılaşmasa da, yekun ekspertizanın rəyində konkret olaraq ifadələrdə təhqir olduğu əksini tapıb. Təhqir öz əksini tapırsa və sübuta yetirilirsə, təhqirə münasibətdə konkret hökm çıxarıla bilər. Böhtan hissəsi isə ekspertizanın predmeti deyil. Bu, hüquqi məsələdir ki, şəxs həqiqətən də böhtan əməlini törədib, ya yox. Buna görə də yekun məhkəmə böhtana münasibətdə də, təhqirə də hökm çıxara bilər. Yaxud birinə bəraət, digərinin cəzasını az verə bilər. Hər şey ola bilər. Hazırda İsəndiyar Axundovu ittiham olunduğu Cinayət Məcəlləsinin 147.2 (böhtan) maddəsinə görə, 3 ilə qədər azadlıqdan məhrumetmə gözləyir. 148 (təhqir) maddəsinin sanskiyasında isə 6 aya qədər müddətdə azadlıqdan məhrumetmə var. Bu iki cəza İsfəndiyar Axundov üçün gözlənilə bilər. Biz çalışırıq ki, İsfəndiyar Axundov barəsində həbslə bağlı cəza verilsin”.

Xatırlatma: Növbəti proses Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə oktyabrın 16-da keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*