ŞƏT sammitinin yekununda Səmərqənd Bəyannaməsi qəbul ediləcəkbackend

ŞƏT sammitinin yekununda Səmərqənd Bəyannaməsi qəbul ediləcək

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin yekunlarına əsasən Səmərqənd Bəyannaməsi qəbul ediləcək.

KONKRET.az xəbər verir ki, bunu ŞƏT-in Baş katibi Çjan Min sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək sammit ərəfəsində verdiyi müsahibə zamanı deyib.

“Səmərqənd Bəyannaməsi ŞƏT-in beynəlxalq siyasət, iqtisadiyyat və bir sıra digər aspektlər üzrə mövqeyinə dair əhatəli siyasi bəyannaməyə çevriləcək”, – o bildirib.

Ç.Minin sözlərinə görə, builki sammitdə təşkilatın 2023-2027-ci illər üçün planı, “Bir kəmər, bir yol” layihəsi də müzakirə olunacaq.

Son üç ildə ilk dəfə əyani formatda keçiriləcək sammitdə ŞƏT-ə üzv dövlətlərin, üç müşahidəçi dövlət – Belarus, İran və Monqolustanın, həmçinin dəvət olunmuş üç dövlət Azərbaycan, Türkmənistan və Türkiyənin liderləri iştirak edəcək.

Tədbirdə Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilsə də, dünən onun səfərinin ləğv edildiyi məlum olub.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*