ŞƏT və KTMT ölkələri Əfqanıstanı müzakirə edəcəkbackend

ŞƏT və KTMT ölkələri Əfqanıstanı müzakirə edəcək

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan dövlətlərin liderləri Düşənbədə ilk dəfə bir araya gələcək.

KONKRET.az xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, dövlətlər Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. Görüş Tacikistan Prezidenti Emoməli Rəhmanın başçılığı ilə keçiriləcək.

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılıb. Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistan təşkilatın üzvüdür. Əfqanıstan, Belarus, İran və Monqolustan təşkilatda müşahidəçi, 6 ölkə isə dialoq tərəfdaşı statusundadır (Ermənistan, Azərbaycan, Kamboca, Nepal, Türkiyə və Şri Lanka).

Kollektiv Təhlükəsizlik Müqaviləsi 1992-ci ildə Daşkənddə imzalanıb və 2002-ci ildə isə təşkilata çevrilib. Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan təşkilatın üzvüdür.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*