Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) keçmiş sədri, VII çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə qızı Möhbalıyeva AHİK-in Beynəlxalq əlaqələr departamentindəki vəzifəsindən azad edilib.
KONKRET.az xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Bildirilib ki, B.Möhbalıyevanın istifadə etdiyi və qurum balansında olan bahalı avtomobil də ondan alınıb.
Xatırlatma: Bu ilin avqustunda Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsindən istefa verib. Həmin vəzifəyə İqtisadiyyat nazirinin keçmiş müavini Sahib Məmmədov seçilib. S.Möhbalıyev istefa verdikdən sonra AHİK-in 11 avtomobili onun qohumlarından geri alınıb./Pravda.az