Səudiyyə Ərəbistanı İsrail nümayəndə heyətinə viza VERMƏDİbackend

Səudiyyə Ərəbistanı İsrail nümayəndə heyətinə viza VERMƏDİ

BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) konfransına ev sahibliyi edən Səudiyyə Ərəbistanı İsrail nümayəndə heyətinə viza verməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail İctimai Yayım Korporasiyası (KAN) məlumat yayıb.

ƏrRiyad hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, iki ölkə arasında diplomatik əlaqələr yoxdur.

Bundan əlavə, Səudiyyə Ərəbistanı və İran 7 illik fasilədən sonra martın 10-da diplomatik münasibətlərin bərpası barədə razılığa gəliblər. Bunun TəlƏvivƏrRiyad arasındakı normallaşma imkanlarına mənfi təsir edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanının ƏlÜla şəhərində Dünya Turizm Təşkilatının iki günlük konfransı öz işinə başlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*