Səudiyyə Ərəbistanı millisinin yeni baş məşqçisi bəlli oldubackend

Səudiyyə Ərəbistanı millisinin yeni baş məşqçisi bəlli oldu

Fransalı mütəxəssis Erve Renar növbəti dəfə Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi olub.

KONKRET.az xəbər verir ki, o, artıq 2019-2023-cü illərdə bu vəzifədə çalışıb. Milli komanda çalışdırıcının rəhbərliyi altında 2022-ci il dünya çempionatına yüksəlməyi bacarıb.

Renar Səudiyyə Ərəbistanından başqa, Qana, Zambiya, Anqola, Kot-d’İvuar və Mərakeş milli komandalarını da çalışdırıb. Zambiya ilə o, 2012-ci ildə, Kot-d’İvuarla isə 2015-ci ildə Afrika Millətlər Kubokunda qalib olub.

Qeyd edək ki, Renar Səudiyyə Ərəbistanında Roberto Mançinini əvəz edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*