Səudiyyə Ərəbistanında distant təhsilə qərar verildibackend

Səudiyyə Ərəbistanında distant təhsilə qərar verildi

Səudiyyə Ərəbistanının bir çox şəhərində, xüsusilə də Məkkədə güclü yağış xəbərdarlığı səbəbindən ölkədə distant təhsilə qərar verilib.

KONKRET.az xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA məlumat yayıb.

Bildirilib ki, Məkkə, Ciddə, Taif, əl-Bəha və əl-Mahva şəhərlərinin təhsil müdirlikləri, Milli Meteorologiya Mərkəzindən verilən yağıntı xəbərdarlığına görə ibtidai və orta təhsil müəssisələrində təhsilin distant rejimdə aparılacağını açıqlayıb.

Distant təhsil qərarının tələbələrin və təhsil işçilərinin təhlükəsizliyini təmin etmək üçün alındığı qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*