Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus qəzaya düşdü – Xeyli sayda ölü və yaralı varbackend

Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus qəzaya düşdü - Xeyli sayda ölü və yaralı var

Səudiyyə Ərəbistanında Ümrə zəvvarlarını daşıyan avtobus qəzaya düşüb. Sərnişin avtobusu ölkənin cənub-qərbində Abha və Mühayil Əsir şəhərləri arasındakı körpüyə çırpılıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, avtobusun aşması və alovlanması nəticəsində 20 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Yəmən mediasının məlumatına görə, qəzaya uğrayan avtobus Yəmən Ümrə ziyarətçilərini daşıyırmış.

Məsələ ilə bağlı rəsmi qurumlardan hələlik heç bir rəsmi açıqlama verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*