Səudiyyədən Ümrə açıqlaması: peyvənd sənədi lazım deyilbackend

Səudiyyədən Ümrə açıqlaması: peyvənd sənədi lazım deyil

Müqəddəs Ramazan ayında Ümrə ziyarətinə gələn əcnəbi zəvvarlardan COVID-19 əleyhinə peyvənd olunmaq haqqında sənəd tələb edilməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi məlumat yayıb.

Nazirliyin zəvvarlara xidmət mərkəzi yeni növ koronavirusla bağlı testin neqativ cavabının yetərli olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Səudiyyə hökuməti peyvənd olunmayanların Həcc ziyarətinə buraxılmayacağını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*