Şevçenko vəzifəsindən istefa verdibackend

Şevçenko vəzifəsindən istefa verdi

Məşhur ukraynalı futbolçu Andrey Şevçenko Milli Olimpiya Komitəsinin yeni tərkibini əsas gətirərək, qurumdan çıxdığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Andrey Şevçenko facebook səhifəsində bildirib.

“Ölkə tarixinin ən çətin vaxtında Ukraynanın yanında olmaqdan və qələbəmiz üçün əlimdən gələni etməkdən qürur duyuram. Mən bunu Milli Olimpiya Komitəsində şərəfli iş hesab edirəm, onun əhəmiyyətini anlayıram. Eyni zamanda, mən belə tərkiblə MOK-da qala bilmərəm”, – Şevçenko bildirib.

Onun sözlərinə görə, bütün dünya rusiyalı idmançıların bütün səviyyəli yarışlarda iştirakını boykot edərkən, Ukrayna MOK-un tərkibinə rusiyayönlü siyasi qruplardan olan şəxslər daxildir.

Qeyd edək ki, Andrey Şevçenko futbolçu karyerası ərzində Kiyev “Dinamo”sunun, İngiltərənin “Çelsi” və İtaliyanın “Milan” klublarının şərəfini qoruyub. 1995-ci ildən əsas yığmaya dəvət alan hücumçu 17 il millinin uğuru üçün çalışıb. 2012-ci ildə Şevçenko futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*