Sevgilisini sürpriz etmək adı ilə otelə apardı, sonra… – MƏHKƏMƏbackend

Sevgilisini sürpriz etmək adı ilə otelə apardı, sonra... - MƏHKƏMƏ

Bakı Apellyasiya Məhkəməsində qanunsuz azadlıqdan məhrum etmədə və zorlamada təqsirləndirilən Səməd Əkbərlinin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb

KONKRET.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Səməd Əkbərli 2022-ci il tarixdə, saat 21:00 radələrində əvvəllər qeyri-rəsmi ər-arvad (sevgili) münasibətlərində yaşadığı zərərçəkmiş Günay Həsənliyə (şərti) sürpriz etmək adı ilə aldadaraq, onu Pirallahı qəsəbəsində yerləşən “F Marine” otelinə gətirib, birlikdə orada olan koteclərin birinə daxil olublar. Ardınca təqsirləndirilən şəxs qadının oradan çıxmasının qarşısını almaq məqsədilə kotecin giriş qapısını açarla bağlayıb. Həmin vaxt o, açarı da özündə saxlayıb və Günayla zorla cinsi əlaqədə olmaq məqsədilə onun baş nahiyəsinə daşla, həmçinin əli ilə zərbələr endirərək xəsarətlər yetirib. Daha sonra Səməd qadının sağ əlini plastik bağlayıcı (“zajim”) ilə orada olan çarpayının kənarındakı gecə lampasına (plafona) bərkidilmiş kəndirə bağlayıb.
Beləliklə o, Günayın müqavimətini qırmaqla qadını qanunsuz azadlıqdan məhrum edib və fiziki zor tətbiq etməklə zorlayıb.

Səməd Əkbərli məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.Günay Həsənli məhkəmə istintaqında ifadəsində göstərib ki, təqsirləndirilən şəxslə ilk dəfə 2021-ci ildə yaxın rəfiqəsinin vasitəsi ilə tanış olub. Bir müddət sonra onunla sevgili kimi yaşamağa başlayıb.

Zərərçəkmiş qeyd edib ki, həmin ərəfədə Fövqəladə Hallar Nazirliyinin xəstəxanasında tibb bacısı kimi fəaliyyət göstərib. Lakin iş yerində sərəncama alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin xəstəxanasında tibb bacısı kimi fəaliyyəti sona çatıb. Bu zaman o, Səmədlə bir evdə yaşamağa qərar verib.

Günay ifadəsinin davamında Səmədin onu zorladığını və qanunsuz azadlıqdan məhrum etdiyini söyləyib. (Pravda.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*