Sevgilisinin adına instaqramda saxta hesab açdı, həbs olundubackend

Sevgilisinin adına instaqramda saxta hesab açdı, həbs olundu

Bakıda sevgilisinin adına instaqramda saxta hesablar açan şəxsin məhkəmə prosesi başa çatıb.

KONKRET.az-ın məlumatına görə, 1997-ci il təvəllüdlü Samir Əkbərov (ad-soyad şərtidir) 4 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

İşə Nizami Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, sevgilisi Sahilə Qulamova (ad-soyad şərtidir) ondan ayrıldığı üçün qadından qisas almaq istəyib. Bu səbəblə o, Sahilənin adına instaqramda saxta hesablar açaraq, onun pul qarşılığında kişilərlə görüşdüyünü qeyd edib. Samir bu zaman Sahiləyə məxsus fotoları və onun nömrəsini də açıq şəkildə paylaşıb.

Samir daha sonra həmin paylaşımları Sahilə göndərib. Bundan sonra qadın Samiri polisə şikayət edib. Sahilə məhkəmədə keçmiş sevgilisini bağışlamadığını bildirib və ona cəza tələb edib.

Qeyd edək ki, təqsirləndirilən şəxs “GESCO” mühafizə xidmətinin əməkdaşı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*