Seysmoloq: “İstanbulda yeddi bal gücündə zəlzələ ola bilər”backend

Seysmoloq: "İstanbulda yeddi bal gücündə zəlzələ ola bilər"

Türkiyədə Rixter şkalası üzrə 7 baldan yuxarı zəlzələ baş verə bilər.

KONKRET.az xəbər verir ki, bunu seysmologiya professoru, İstanbul Bələdiyyəsinin Zəlzələ Problemləri üzrə Alimlər Şurasının üzvü Haluk Eyidoğan “RİA Novosti”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, alimlər İstanbulda və Mərmərə bölgəsində 7 baldan yuxarı güclü zəlzələ olacağını və bunun iqtisadi nəticələrinin bütün Türkiyədə hiss ediləcəyini proqnozlaşdırıb.

“Mərmərə dənizində baş verən zəlzələ əhalisi 25 milyon nəfərdən çox olan yeddi əyalətə eyni anda təsir edəcək. Nə qədər ziyan dəyəcək, təsəvvür belə etmək çətindir”, – deyə seysmoloq xəbərdarlıq edib.

Professor qeyd edib ki, Mərmərə dənizində tektonik qırılmanın qollarından biri keçir. Bu, aktivləşərsə güclü zəlzələyə səbəb olacaq və bütün ölkə üçün ağır zərbə olacaq. Çünki İstanbul ÜDM-in 35%-ni verir.

“Belə bir zəlzələnin 2030-cu ilə qədər baş vermə ehtimalı təxminən 50% təşkil edir”, – deyə o bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*