“Şeyxülislamın məqsədinin nə olduğunu anlamaq olmur” – Elşad Miribackend

“Şeyxülislamın məqsədinin nə olduğunu anlamaq olmur” - Elşad Miri

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin ötən gün bayram namazından sonra verdiyi İranın dini lideri Ayətullah Əli Xameneyi ilə bağlı açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

“İşğaldan azad edilən torpaqlara gedəndə neçə illərdir necə bir təbiətə məxsus əraziləri itirdiyimizi anladım. Belə gözəl yerlər, dağlar, çaylar, bağlar 30 il ermənilərin ayaqları altında tapdalanıb”.

KONKRET.az xəbər verir ki, Allahşükür Paşazadənin qalmaqallı açıqlamasında deyilir: “Mən bunu bilirəm, hamısını açıqlamaq istəmirəm. Əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz bəlkə də olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xameneyi həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xameneyinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”.

Şeyxülislamın bu ifadəsini Bizimyol.info saytına şərh edən ilahiyyatçı Elşad Miri isə bildirib ki, İranın dini lideri 30 il ərzində Qarabağla bağlı bir kəlmə də işlətməmişdi: “Və niyə məhz vəziyyət Azərbaycanın xeyrinə dəyişdiyi zamanda Xameneyi fətva verdi? O torpaqları şəhidlərin qanı bahasına azad etdik. Əgər Xameneyi Vətən uğrunda həlak olanların şəhid olduğunu deməsəydi, biz onları şəhid hesab etməyəcəkdik? Ümumiyyətlə, Şeyxülislamın məqsədinin nə olduğunu anlamaq olmur. Əgər siyasətlə məşğul olmaq fikrindədirsə, Azərbaycanın siyasətinə cavabdeh olan şəxslər və qurumlar məlumdur”.

Onun sözlərinə görə, Şuşada cəmaət namazında da pişnamazın İran dini liderinin Azərbaycandakı nümayəndəsi Ocaqnejat Ağanın olması səhv addım olub: “Ondan sonra, yəni iyulun 20-də Göy Məsciddə Müfti Hacı Salmanın pişnamazlığı ilə bayram namazı qılındı, lakin iyulun 21-də yenidən, Təzəpir məscidində ikinci dəfə bayram namazı qılındı. Bayram namazı iki dəfə qılınır. Və həm də, nə birinci, nə də ikinci namazda Türkiyə Səfirliyindən heç bir nümayəndəyə rast gəlinmədi. Amma Təzəpir məscidində İranın səfiri də var idi”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə bu mövzuda müzakirələri mənasız hesab etdiyini deyib. “Mən bu mövzuda münasibət bildirmək istəmirəm”, – deyə A.Nağı vurğulayıb.

Lakin torpaqlarımızın işğaldan azad olunmasının əsas səbəblərini soruşduqda, Akif Nağı illər boyu dövlətin buna hazırlaşdığını və cəmiyyətdə də milli ruhda işlərin aparıldığını qeyd edib.

“İranın Azərbaycana hər hansı şəkildə dəstəyi olubmu?” sualına QAT sədri belə cavab verib: “Bəli, olub. Müəyyən dairələrdə İran tərəfdən dəstək olub. Ümumiyyətlə, İranla münaisbətləri korlamağın əleyhinəyəm. Bəzi qüvvələr istəyirlər ki, İranla Azərbaycanı düşmən etsinlər. Amma bizim xalqlarımız çox yaxındır və bu münasibətləri pozmaq bizim xeyrimizə deyil”, – deyə A.Nağı əlavə edib.

  • Mahmud
    İyul 22, 2021 - 22:34

    Şeyxül arxasını bilmirəm nədir, amma vaxtdır, bütün qohumların yerləşdirib, o ki, var yığıb, indi də bilir ki, ondan türklərin, elə azəri türklərinin də xoşu gəlmir, başlayıb qocalığa, bəlkə dəftər kitabı təhvil versin, yaxşı olardı.

  • Omer
    İyul 22, 2021 - 23:29

    Mence Seyxin ustune nahaq gedirsiniz. Seyx bizim boyuyumuzdur. O her seyi yaxi bilir. Neyi ve ne vaxt etmek lazimdi. Allah ona can sagligi versin.

Mahmud üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*