Silah alveri ilə məşğul olan erməni 8 il müddətinə azadlıqdan MƏHRUM EDİLDİbackend

Silah alveri ilə məşğul olan erməni 8 il müddətinə azadlıqdan MƏHRUM EDİLDİ

Erməni əsilli Amerika vətəndaşı 8 il müddətinə azadlıqdan məhrum edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. ABŞ vətəndaşı, milliyyətcə erməni olan Andre Xaçaturyan Rusiyada silah qaçaqmalçılığına görə 8 il müddətinə azadlıqdan məhrum edilib. Bu qərarı Moskva vilayətinin Ximki məhkəməsi qəbul edib.

2021-ci il dekabrın sonunda Xaçaturyan Los-Anceles-Moskva-İrəvan reysi ilə Los-Ancelesdən İrəvana yola düşüb. Bundan sonra hüquq-mühafizə orqanları onu Şeremetyevo hava limanında saxlayıblar.

Gömrükçülər saxlanılan zaman ondan patronları olan “Glock 17” markalı döyüş tapançasını götürüblər.

37 yaşlı Xaçaturyan qanunsuz silah alverində (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222-ci maddəsinin 1-ci hissəsi) və silah qaçaqmalçılığında (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 226.1-ci maddəsinin 1-ci hissəsi) təqsirli bilinib.

Müdafiə tərəfi, hava yolu şirkəti tapança olan çantanı yük kimi qəbul etdiyi üçün təqsirləndirilən şəxsə bəraət verilməsini istəyib.

Vəkillərin sözlərinə görə, Xaçaturyan heç bir qanun pozuntusuna yol vermədiyinə əmin olub və baqajından aşkarlanan silahları başqa əşyalarla birlikdə xüsusi olaraq gizlətməyib.
Müdafiəçilər hökmü qeyri-mütənasib hesab edir və ondan apellyasiya şikayəti vermək niyyətindədirlər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*