“Silahım var, azərbaycanlıların qarşısını mən özüm alacam” – Qarabağ separatçısıbackend

"Silahım var, azərbaycanlıların qarşısını mən özüm alacam" - Qarabağ separatçısı

“Bundan sonra maşınımda silah saxlayacağam, Qarabağ “hakimiyyəti” azərbaycanlıların qarşısını ala bilməsə, bunu özüm edəcəm”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağ separatçısı, “partiya” lideri Tiqran Petrosyan deyib.

Baş verən hadisələrdən sonra onun canına vəlvələ düşüb.

“Bundan sonra maşınımda silah saxlayacağam. Qoy heç kim məni saxlayıb onu axtarmağa cəsarət etməsin.

Bu, mənim ailəmin təhlükəsizliyi məsələsidir. Əgər Qarabağ “hakimiyyəti” azərbaycanlıların qarşısını ala bilməsə, bunu özüm edəcəm. Mənim vecimə deyil”, – Petrosyan çərənləyib.

P.S. Olar, olar… Qanunsuz yaradılan qurumda qanunsuz nə desən olar… 30 ildir bu qanunsuzluq davam edir. Havadarlar, himayədarlar sayəsində. Rusiya, ABŞ, Fransanın maraqları sayəsində. Azərbaycanın səbrinin tükənəcəyi gün uzaqda deyil!

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*