Silahlı basqını törədənlərdən biri tutuldu, digəri məhv edildi – YENİLƏNİBbackend

Silahlı basqını törədənlərdən biri tutuldu, digəri məhv edildi - YENİLƏNİB

Martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri – 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z.Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib.

O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib, görülmüş tədbirlərlə zərərsizləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək.

21:54

Bu gün Xətai rayonu ərazisində “Bravo” hipermarketdə silahlı insident törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb.

KONKRET.az xəbər verir ki, polisə silahlı müqavimət göstərən bir nəfər isə məhv edilib.

Əldə etdiyimiz məlumata görə, hadisəni törədənlərdən biri “Tarqovı”da Fəvvarələr meydanında tutulub. Onun həmin ərazidəki evlərdən birində xanım tanışının yanında gizləndiyi bildirilir.

DİN-dən bildirilib ki, əməliyyat tədbirləri davam edir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank”ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*