Silahlı şəxs “The New York Times” qəzetinin binasına HÜCUM ETDİbackend

Silahlı şəxs "The New York Times" qəzetinin binasına HÜCUM ETDİ

Qılınc və balta ilə silahlanmış şəxs Manhetten bölgəsində “The New York Times” qəzetinin ofisinə girməyə cəhd edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” Nyu York Polis Departamentinə istinadən məlumat yayıb.

Bildirilib ki, həmin şəxs nəşrin siyasi şöbəsi ilə danışmaq istəyib.

Təhlükəsizlik işçiləri onu foyedə saxlayıb və silahlarını təhvil verməyə razı salıb. Polis gələnə qədər kişi foyedə olub.

Agentliyin məlumatına görə, silahlı şəxs müayinə olunmaq üçün xəstəxanaya aparılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*