Silahlı şəxslər banklara hücum etdi: 1 ölü, 9 yaralıbackend

Silahlı şəxslər banklara hücum etdi: 1 ölü, 9 yaralı

Pakistanın Bəlucistan vilayətində onlarla silahlı şəxs polis mərkəzi və banklara hücum edib.

KONKRET.az xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb.

Silahlı şəxslər iki bankı yandırıb. Polislə qarşıdurmada bir neçə terrorçu zərərsizləşdirilib.

Hazırda cinayətkarların yaxalanması istiqamətində tədbirlər görünür.

Hadisə ilə bağlı hələlik heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*