Silahlılar təyyarənin pilotunu və sərnişinləri GİROV GÖTÜRDÜbackend

Silahlılar təyyarənin pilotunu və sərnişinləri GİROV GÖTÜRDÜ

İndoneziyanın Qərbi Papua əyalətində silahlılar yerli “Susi Air” aviaşirkətinə məxsus təyyarənin pilotunu və 5 sərnişini girov götürüb.

KONKRET.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Baş naziri Kris Hipkins “Radio New Zealand” radiostansiyasına bildirib.

Onun sözlərinə görə, pilot Yeni Zelandiya vətəndaşı Filip Mertensdir.

Baş nazir qeyd edib ki, hökumət vəziyyətdən xəbərdardır və İndoneziyadakı səfirliyin əməkdaşları mövcud vəziyyətlə bağlı müvafiq işlər görür.

Məlumata görə, silahlı şəxslər Nduqada kiçik təyyarəni yandırdıqdan sonra pilotu girov götürüblər. Təyyarədə olan beş sərnişinin taleyi məlum deyil.

Yeni Zelandiya Xarici İşlər Nazirliyi pilotun ailəsinə konsulluq dəstəyi verdiyini bildirib, lakin məxfilik qanunlarına istinad edərək əlavə şərh verməkdən imtina edib.

Həmçinin bildirilib ki, “Azad Papua Hərəkatı” separatçı təşkilatının (İndoneziyada terrorçu struktur hesab olunur) hərbi qanadı olan “Qərbi Papua Milli Azadlıq Ordusu” hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*