Silahlıların hücumu nəticəsində Kolumbiyanın 5 hərbçisi öldü, 6-sı yaralandıbackend

Silahlıların hücumu nəticəsində Kolumbiyanın 5 hərbçisi öldü, 6-sı yaralandı

Kolumbiyanın Venesuela ilə sərhədində “Milli Qurtuluş Ordusu” (MQO) solçu üsyançı qruplaşmasının üzvlərinin hücumu nəticəsində 5 hərbçi ölüb, 6-sı yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə şənbə günü Kolumbiya Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Arauquita departamentinin Arauka bələdiyyə sakinlərini qorumaq məqsədi ilə keçirilən hərbi əməliyyat zamanı hərbçilər MQO silahlılarının hücumuna məruz qalıb. Qrup üzvləri partlayıcı qurğulardan, tüfənglərdən və pulemyotlardan istifadə edərək hərbçiləri aramsız atəşə tutublar.

Kolumbiya Prezidenti İvan Duke “Twitter” səhifəsində hərbçilərin ölümü ilə əlaqədar başsağlığı verib. Onun fikrincə, hücum Venesuela ərazisindən planlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*