Şimal sərhədimizdə qalan yüzlərlə vətəndaş Azərbaycana QAYITDIbackend

Şimal sərhədimizdə qalan yüzlərlə vətəndaş Azərbaycana QAYITDI

Rusiyaya gedən və pandemiya səbəbindən ölkəyə qayıda bilməyən soydaşlarımızın daha bir dəstəsi Azərbaycana buraxılıb.

KONKRET.az xəbər verir ki, Azərbaycan-Rusiya sərhədində yerləşən Qusarın Samur keçid məntəqəsində Azərbaycan vətəndaşları ən əvvəl sərhədçilərimiz tərəfindən yoxlanılaraq əraziyə daxil olub.

TƏBİB-in Qusar rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım briqadası ölkəyə gələn Azərbaycan vətəndaşlarından Covid-19 -qarşı test nümunəsi götürüblər.

Qeyd edək ki, test edilən şəxslər bir günlük karantinə alınıblar. Test nümunəsinin cavabı pozitiv çıxanlar Quba regional Covid-19 xəstəxanasına yerləşdiriləcək, nəticəsi neqativ çıxanlar isə gedəcəkləri ünvana yola salınacaqlar.

Məlumata görə, sentyabrın 7-də 113, bu gün isə 120 nəfər Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*