Şimali Kiprin Baş naziri Ersan Saner İSTEFA VERDİbackend

Şimali Kiprin Baş naziri Ersan Saner İSTEFA VERDİ

Şimali Kiprin Baş naziri Ersan Saner istefa verib.

KONKRET.az türk mediasına istinadən xəbər verir ki, Şimali Kipr Baş naziri Ersan Saner koalisiya hökumətinin istefası ilə əlaqədar açıqlama verib.

O bildirib ki, parlamentdə yetərsay problemi, hökumət daxilində ortaya çıxan bəzi çətinliklər istefaya səbəb olan amillərdən biri olub.

“19 dekabr 2020 -ci ildə Cümhuriyyət Məclisindən etimad səsi aldığımda bildirdiyim kimi, hökumətimizin əsas məqsədi epidemiya və gətirdiyi iqtisadi problemləri aradan qaldırmaq idi. Mən xaricdən və içəridən yaşadığımız bütün problemlərə baxmayaraq, bu iki sahədə uğur qazandıq. Biz pandemiya ilə mübarizədə dünyanın ilk beş ölkəsindən biriyik. Ana Vətən Türkiyə ilə imzaladığımız İqtisadi və Maliyyə Əməkdaşlıq Protokolu sayəsində iqtisadiyyatımızın problemlərinin aradan qaldırılması və yeni bir inkişaf prosesinə girməsi baxımından ciddi zəmanət verdik. Yenə də, oktyabr ayının əvvəlindən yeni dövr üçün işə başlayan Məclisimizin toplantısında yetərsay problemi yaşayırıq. Nəhayət, növbədənkənar seçkilərin tarixinin müəyyən edilməsi ilə bağlı xoş niyyətli təklifimizin rədd edilməsi, bu Məclisin işi üçün həmsöhbətlərimizdən lazımi anlayış və dəstəyi ala bilməyəcəyimizi göstərdi”, – deyə baş nazir vurğulayıb.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*