Şimali Koreya ABŞ-ni hədələdibackend

Şimali Koreya ABŞ-ni hədələdi

“Şimali Koreya ordusu ölkənin suverenliyinə qarşı təxribatlarını davam etdirəcəkləri təqdirdə ABŞ və Cənubi Koreyaya qarşı tədbir görməyə hazırdır”.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikasının müdafiə nazirinin müavini Kim Qanq İl deyib.

Pxenyan rəsmi Seulun Şimali Koreyada təbliğat vərəqələri paylanmasını “psixoloji sui-qəsd” adlandırıb.

Bundan əlavə, bildirilib ki, Koreya yarımadasının sahillərində dəniz sərhədinin pozulması hallarının sayı artıb.

“Dəniz sərhədinin tez-tez pozulması təhlükəli nəticələrə gətirib çıxaracaq. Biz heç vaxt sərhəd xəttini keçməmişik. Biz artıq xəbərdarlıq etmişik ki, suverenliyimizi və təhlükəsizliyimizi qorumaq üçün lazımi hərbi tədbirləri görə bilərik”, – Kim Qanq İl xəbərdarlıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*