Şimali Koreya liderinin bacısı cənubluları “Amerikanın sadiq köpəkləri” adlandırdıbackend

Şimali Koreya liderinin bacısı cənubluları “Amerikanın sadiq köpəkləri” adlandırdı

Şimali Koreya lideri Kim Çen Inın bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Cjon Seulun Cənubi Koreya prezidenti Yun Sok-Yolu təhqir edib və onu “əbləh” adlandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Onun sözlərinə görə, rəsmi Seul Şimali Koreyaya qarşı sanksiyalarda özünü ABŞ-ın sadiq iti və kuklası kimi aparır. Eyni zamanda Kim Yo Cjon istənilən məhdudiyyətlərin “faydasız” olduğunu ifadə edib.

Kim Çen Inın bacısının fikrincə, əgər Cənubi Koreya hakimiyyətinin nümayəndələri “sanksiyalar vasitəsilə indiki böhrandan çıxa biləcəklərinə inanırlarsa, deməli, onlar həqiqətən də təhlükəsizlik və rahatlıq içində yaşamaq istəməyən əbləhdilər”.

Cənubi Koreya hökuməti cavabında Kim Yo Cjon vulqar ifadələrindən təəsüfləndiklərini bildirib.//Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*