Şimali Koreya Rusiyaya silah satışını İNKAR ETDİbackend

Şimali Koreya Rusiyaya silah satışını İNKAR ETDİ

Şimali Koreya Rusiyaya heç vaxt silah tədarük etməyib və planlaşdırmır.

KONKRET.az “Yonhap”a istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın yüksək rütbəli hərbi rəsmisi bildirib.

O qeyd edib ki, ABŞ əsas siyasi və hərbi məqsədlərinə nail olmaq üçün KXDR-ə qarşı düşünmədən şayiələr yayır.

Adı açıqlanmayan rəsmi əlavə edib ki, silahların hazırlanması, istehsalı, saxlanması, ixracı və idxalı suveren dövlətlərin qanuni hüququdur.

Qeyd edək ki, “The New York Times” ABŞ kəşfiyyatının hesabatına istinadən yazıb ki, Rusiya Şimali Koreyadan milyonlarla artilleriya mərmisi və raketlər alıb.

ABŞ Dövlət Departamenti bu məlumatları etibarlı hesab edib. Pentaqon Rusiyanın Şimali Koreyaya silah almaq üçün yaxınlaşdığına dair məlumatlara malik olduqlarını bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*