Şimali Koreya Yapon dənizinə ballistik RAKET ATDIbackend

Şimali Koreya Yapon dənizinə ballistik RAKET ATDI

KXDR Yapon dənizinə ballistik raket atıb.

KONKRET.az xəbər verir ki, bu haqda Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri İdarəsi məlumat yayıb.

“Raketin uçuş mənzili 700 kilometrdən artıq, maksimal hündürlüyü təqribən 60 kilometr, maksimal sürəti 10 MAX-dır. Hesab edirik ki, Şimali Koreyanın bu dəfə atdığı raket yanvarın 5-dəkindən daha təkmildir. Hazırda ABŞ və Cənubi Koreyanın kəşfiyyat orqanları raketin xarakteristikasını diqqətlə təhlil edirlər”, – məlumatda qeyd olunub. Yaponiya hökuməti məsələ ilə bağlı böhran qərargahı yaradıb./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*